- Baxış sayı: 43
- 18 Aprel 2025 23:58
- Baxış sayı: 106
- Aprel 14, 2025
- 0
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində aprelin 13-də şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.
Allsport.az xəbər verir ki, burada stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Fərid Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.
III MDB oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.