- Baxış sayı: 415
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Avqustun 5-də gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşlər keçirib. Allsport.az saytı xəbər verir ki, Ukraynanı təmsil edən Tokio və Paris yay olimpiya oyunlarının gümüş medalçısı Pərviz Nəsibov söhbət zamanı gələcək karyerası barədə məlumat verib.
ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət İsrafilbəyov Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib. O, karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.
Nazir hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
