- Baxış sayı: 4
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Düdelanj” – “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı araşdırma davam edir.
Allsport.az xəbər verir ki, Lüksemburqun təhlükəsizlik naziri Fransua Bauş ölkənin parlament deputatları – Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavablayarkən bu barədə danışıb. Nazir UEFA-nın Lüksemburq polisini “Jozi Bartel” stadionunda keçirilən görüşlə bağlı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumatlandırmadığını bildirib:
“Oyunda dinc azarkeşlərin olacağını gözləyirdik. Matç zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadion üzərində uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildiyi üçün 30 agent əlavə dəstəyə görə çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti aşağı olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi”.
Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini söyləyib.
“Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.