- Baxış sayı: 95
- 18 Dekabr 2025 19:01

- Baxış sayı: 212
- Dekabr 19, 2025
- 0

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçala” bu gün Antalyada üçüncü yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, 1-ci divizionun ikinci dövrəsinə hazırlaşan təmsilçimiz bu dəfə Polşanın “Yaqelloniya” komandası ilə qarşılaşıb.
Kamal Quliyevin komandası bu dəfə məğlubiyyətlə üzləşib. Belə ki, “Neftçala” 2 qol vurmasına baxmayaraq, öz qapısında ikiqat artığını görüb – 2:4.
Qeyd edək ki, “Neftçala” bundan əvvəlki oyunlarında Almaniyanın “Viktoriya” klubuna 2:1, Türkiyənin “Manavqatspor” komandasına isə 5:0 hesabıyla qalib gəlmişdi.