- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqada 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb. II dövrənin 7 turunda 28 matç baş tutub.
Allsport.az xəbər verir ki, bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.
Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.
Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.