“Neftçi” 3 futbolçunu yola saldı

“Neftçi” 3 futbolçusu – Keysuke Honda, Əhməd Əhmədov Rener Alveşlə yolunu ayırıb. Allsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abbasov “Neftçi TV”yə açıqlamasında bildirib. 
 
Onun sözünə görə, Hondanın müqavilə müddəti başa çatıb və o, davam etmək istəməyib. Çempionluq qolunu vuran Əhməd Əhmədov isə müqavilə ilə məxsus olduğu Sofiya SSKA-sına qayıdacaq. Heyətə düşməyən Rener Alveşin gedişi bir müddət əvvəldən dəqiqləşmişdi.
 
Baş məşqçi əcnəbi hücumçu transfer edəcəklərini qeyd edib. O, digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.

Həmin kateqoriyadan