- Baxış sayı: 27
- 31 Mart 2026 17:12
- Baxış sayı: 707
- Mart 30, 2026
- 0

Avropa liqasının 2-ci təsnifatında “Neftçi” – “Arsenal” matçının təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, oyun Maltadan olan briqadaya tapşırılıb.
Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. 4-cü referi funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltoladır (Finlandiya).
Xatırladaq ki, avqustun 1-i “Bakcell Arena”da oyun saat 21:00-da başlayacaq.