- Baxış sayı: 34
- 31 Mart 2026 21:42
- Baxış sayı: 773
- Mart 30, 2026
- 0

“Neftçi” hazırlığı bərpa edib. Allsport.az saytı xəbər verir ki, bir günlük fasiləyə buraxılmış komanda bu gün öz bazasında məşqə çıxıb.
Məşqdə millidən qayıtmış futbolçulardan Emin Mahmudov da iştirak edib. Digər üzvlər – Səlahət Ağayev, Anton Krivotsyuk və Ömər Buludov sabahdan məşqlərə qoşulacaqlar. Müalicəsini başa vurmuş Soni Mustivar isə fərdi hazırlaşıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ” – “Neftçi” oyununa saat 20:30-da start götürəcək.