- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqada mövsümün son turunda “Qarabağ”a 1:0 qalib gələrək Azərbaycan çempionu olan “Neftçi” klubu 2-ci Fəxri xiyabanı ziyarət edib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” görüşdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb.
Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abbasov, klub əməkdaşları və futbolçular tam heyətlə məzarlığa yollanıblar. Çempionluq kubokunu da özü ilə aparan “Neftçi”, həm də şəhid olan azarkeşləri – mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.