- Baxış sayı: 93
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 83
- Dekabr 15, 2025
- 0
Dekabrın 23-də kişi voleybolçular arasında ölkə çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, turun açılış oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub. Bakı təmsilçisi rəqibinə heç bir setdə şans verməyib – 3:0.
“Lokomotiv” – MOİK görüşü “hərbçilər”in meydana çıxmaqdan imtina etməsi səbəbi ilə keçirilməyib. Komanda əsas voleybolçularının zədəli olmasını əsas gətirib. Nəticədə “Lokomotiv” klubuna texniki qələbə verilib.
“Nəqliyyatçı” – “Naxçıvan” matçı maraqlı və gərgin mübarizə şəraitində keçib. Oyun tay-brekə qədər davam edib və Muxtar Respublika komandası 3:2 hesablı ilə qalib gəlib.
7 turdan sonra “Neftçi” 21 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 19 xalla 2-ci, “Naxçıvan” 12 xalla 3-cüdür.