- Baxış sayı: 31
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

“Neftçi”nin qitə liqasının 3-cü ələməsində HİK (Finlandiya) qarşı ilk oyununun hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, avqustun 3-də “Bakcell arena”da görüşün start fitini şotlandiyalı Uilyam Kolluma verəcək.
Ona yan xətdə həmyerliləri Devid Makgiçi və Şon Karr köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.
Matç saat 21:00-da start götürəcək. Cavab oyunu avqustun 12-də Helsinkidə baş tutacaq.