- Baxış sayı: 44
- 06 Mart 2026 20:11
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Qanlı yanvardan 36 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı onun yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, axın-axın Şəhidlər xiyabanına üz tutur, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir.
Allsport.az saytı xəbər verir ki, bu il də yüz minlərlə insan şəhidlərimizi ziyarət etmək üçün xiyabana üz tutdu.Bu gün ”Neftçi” idman klubunun rəhbərliyi və kollektivi də şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər. Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzdülər, şəhidlərin ruhuna dualar oxudular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!