- Baxış sayı: 43
- 11 Fevral 2026 18:31
- Baxış sayı: 30
- Fevral 12, 2026
- 0

“Nyukasl” klubu ilə ÇL-in pley-ofunda keçiriləcək 2 oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində “Qarabağ”ın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klub, premyer liqasının 21-ci turunda “Neftçi”yıə qarşı görüşün təxirə salınması ilə bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb.
PFL, öz növbəsində, əsasnaməyə uyğun olaraq “ağ-qaralar”ın razılığını alıb və matçın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib. “Qarabağ”ın prezidenti Tahir Gözəl bununla bağlı açıqlama verib, anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:
“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır”.