- Baxış sayı: 30
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

“Neftçi” Avropa liqasının 1-ci ələməsində Moldovanın “Speranta” klubu ilə səfər oyununun hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, Türkiyə toplanışından sonra 2-günlük fasiləyə buraxılan komanda öz bazasında məşqə çıxıb.
Hazırlıqda toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Bu gün də məşq olacaq. Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda “Speranta” – “Neftçi” oyununa saat 21:00-da başlayacaq.