- Baxış sayı: 36
- 05 Fevral 2026 18:05
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

“Neftçi” qapıçı transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kənan Piriç artıq “ağ-qara” ailəsinin üzvüdür.
31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Kipr (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.