- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin müdafiəçisi Vançe Şikov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Makedoniya “Şkendiya”sı ilə səfər oyununda ağır zədə alıb. Allsport.az saytı xəbər verir ki, 71-ci dəqiqədə topu çıxarmağa çalışan futbolçu həm qaydaları pozmaqla qırmızı vərəqə aldı, həm də ayağını sındırdı.
Müdafiəçinin ayağı dörd həftə gipsdə qalacaq. O, komanda ilə Bakıya qayıtmayıb və Makedoniyada qalıb. Hazırda həkimlər futbolçunun əməliyyata ehtiyacının olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.