“Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirildi

Allsport.az saytı xəbər verir ki, buna “Neftçi arena”da təmir və yenidənqurma işləri başa çatmamağı səbəb olub. Klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı PFL-ə rəsmi müraciət edib.

“Neftçi arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi”nin rəsmi müraciətini, “Qarabağ”ın rəsmi razılığını rəhbər tutan qurum aşağıdakı qərarları qəbul edib:

Premyer liqanın 7-ci turunun “Neftçi” – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” – “Neftçi” oyununun yeri dəyişdirilsin.

7-ci turun “Qarabağ” – “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun arena”da oynanılsın.

Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.

Həmin kateqoriyadan