- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin rəqibləri müəyyənləşiblər. Allsport.az saytı xəbər verir ki, “Daçiya”nı mübarizədən kənarlaşdıran Gəncə təmsilçisi 2 oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Spartak”ını (Myava) üstələyən “Admira” (Avstriya) ilə qarşılaşacaq.
“Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi isə MTK olacaq. Macarıstan klubu “Aktobe”ni (Qazaxıstan) sıradan çıxarıb (1:1, 2:0).
“Neftçi” isə növbəti mərhələdə “Şkendiya 79” (Makedoniya) ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində makedoniyalılar 2 cavabsız qolla qalib gəliblər. Cavab görüşündə “Krakoviya” (Polşa) uduzub – 1:2.