- Baxış sayı: 60
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın rəqibi Rumıniyanın “CSMS İaşi” klubu olub.
6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3. Xatırladaq ki, “Neftçi” ilk iki yoxlama oyununu afrikalı futbolçulardan təşkil olunmuş “SİBM Training Center” komandasına qarşı keçirib. İlk oyunda 1:2 hesabıyla uduzub, ikincidə 3:0 hesablı qələbəyə sevinib.