- Baxış sayı: 30
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 118
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 3-cü turunda “Neftçi” – “Sumqayıt” görüşündə qalmaqal düşdü. Allsport.az saytı xəbər verir ki, oyuna əlavə olunmuş dəqiqələrdə “Neftçi” feyr-pleyə əməl etmədən rəqibə qol vurdu. 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldığından, qapıçı Mehdi Cənnətov topu kənara çıxardı. Amma “Neftçi” oyunu dərhal bərpa etdi və topu rəqibə vermədən hücum qurdu və qol vurdu.
Stiven Monrozun fərqlənməsindən sonra meydanda ara qarışdı. “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov qarmaqarışıqlıqda Anton Krivotsyuku arxadan başına vurdu. Müdafiəçi yerə yıxıldı. O, 2-ci sarı vərəqə, “kimyaçılar”ın kapitanı birbaşa qırmızı vərəqə aldı.
“Ağ-qaralar”ın italiyalı baş məşqçisi Roberto Bordin rəqib futbolçuları itələdi, dava-dalaşdan uzaq olmağa səslədi. Gərginlik zamanı “Neftçi”nin çalışdırdıcısı Etibar Tarverdiyev də qonaqların baş məqşçisi Ayxan Abbasovu vurdu. Amma oyun qurtaran kimi zərər çəkən qarşı tərəfin üstünə getsə də, Tarverdiyev onu qucaqlayıb öpdü.