- Baxış sayı: 28
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

Avrokubokda mübarizəni davam etdirən 2 komandamızın konfrans liqasının pley-ofunda təyinatlar açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, avqustun 19-da “Qarabağ”ın Tofiq Bəhramov adına respublika stadionunda “Aberdin”lə görüşü sloveniyalılara tapşırılıb. Baş hakim Rade Obrenoviç, köməkçiləri Yure Praprotnik və Aleksandar Kasapoviç, 4-cü referi Əsmir Saqrkoviç olacaq.
Bundan 1 saat sonra, “Neftçi” “Bakcell arena”da Hayfa “Makkabi”si qonaq edəcək. Matçı fransalı Delayod Uilli idarə edəcək. Onun yan xətlərdə Mehdi Rahmouni və Edvin Kristof Finyean yardımçı olacaqlar. Tomas Leonard 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Cavab oyunları avqustun 26-da olacaq.