- Baxış sayı: 20
- 22 Mart 2026 15:50
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0

“Neftçi”nin 11 yaşlı futbolçuları bu klubun futbolçusu olan SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə yarışda iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, “Amasiya” idman kompleksində keçiriləcək yarışda 2 qrupdan ibarət 8 komanda mübarizə aparacaq.
“Ağ-qaralar” yanvarın 28-də “Sərhədçi”, 29-da “Neftçi” İK İB, 30-da isə “Amasiya ROFM” ilə qarşılaşacaq. Digər qrupda “Qarabağ”, “Sumqayıt”, “Sabah” və “Təhsil” yer alıblar. Yanvarın 31-də qrupda 1-ci yeri tutanlar final, 2-ci pilləni tutanlar 3-cü yer üçün mübarizə aparacaqlar.