- Baxış sayı: 24
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün “Neftçi” Avropa liqasının 3-cü təsnifatında evdə İsrailin “Bney Yəhuda” klubunu qəbul etdi. Allsport.az saytı xəbər verir ki, oyuna nəzarət bizdə olsa da, 2 səhv “ağ-qaralar”ı hesabda yenik saldı. Buna rəğmən ilk yarının sonlarında komandamız toparlandı və 42-ci dəqiqədə Stiven Monrozla fərqi 1-ə endirdi. Halbuki, bir qədər sonra Rauf Əliyev təkbətəkdə gözəl fürsəti qaçırdı.
Növbəti hissədə flaqman bütün qüvə ilə irəli atıldı. Roberto Bordin əsas ehtiyat “silahlar”ını işə saldı. Amma rəqib pozuculuq etdiyindən, dəqiqəbaşı yerə yıxıldığından oyunda sürət daim aşağı düşdü və dayandı. Baş hakim matça 5 dəqiqə əlavə etdi. Əslində, bu da az idi. Ancaq yaxşı ki, son anda Namiq Ələsgərov bərabərlik topunu vurdu.