- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XXXI turuna təsadüf edib. O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.
Emin premyer liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü çempionlar liqası, 11-i Avropa liqası, 10-u konfrans liqası çərçivəsində baş tutub.
Mahmudov 250 oyunda 58 qol vurub. O, premyer liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.