- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi” avrokuboklarda 3 rekordu birdən edib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” buna qitə liqasının ilk ələməsinin cavab oyununda nail olub. Təmsilçimiz Moldovanın “Speranta” klubunu 6 cavabsız qolla məğlub edib. Bununla da bakılılar Azərbaycan klublarının ən böyükhesablı qələbəsini qazanıb.
8-qat Azərbaycan çempionuna qədər heç bir komandamız qitəmiqyaslı turnirlərdə belə fərqə nail olmamışdı. Bunadək rekord 5 top fərqi idi. “İnter” (indiki “Keşlə”) Avropa liqasının 2012/13 mövsümündə səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabı ilə məğlub edib. Beş il sonra “Qarabağ” eyni nəticəyə imza atıb. Ağdam klubu Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla üstələyib.
“Neftçi” “Speranta” üzərində 6:0 hesablı qələbə ilə “Keşlə” və “Qarabağ”ın rekordunu arxada qoyub. “Neftçi” həm də avrokuboklarda bir oyuna 5-dən çox qol vuran ilk komanda kimi düşüb. Bunadək “Qarabağ”, “İnter” və “Qəbələ” eyni oyunda beş dəfə fərqlənmişdi. Bakılılar isə Moldova klubunun qapısından 6 top keçiriblər.
İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” iki matçın cəmində 9 top üstünlüyü qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur. İndiyədək “Qarabağ”la “İnter” iki qarşılaşmada 7 qolluq üstünlük qazana bilmişdi.