“Neftçi”də 4 yubiley birdən

Premyer liqanın 2-ci turu “Neftçi”nin 4 futbolçusu üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Zirə idman kompleksinin stadionunda keçirilən görüşdə 4 oyunçu 6 yubiley qeyd edib. Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, ölkə çempionatında 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib.

Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb. Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb.

Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan premyer liqasında 50-ci oyunlarını keçirib. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər.

Yubileylərlə zəngin olan matçda “Neftçi” ev sahibinə 0:1 uduzub.

Həmin kateqoriyadan