- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub. Allsport.az xəbər verir ki, premyer liqanın XXIV turunun “Sabah”la görüşündə (2:2) dubl edən yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley topu olub.
Paytaxt klubunda 119-cu matçına çıxan Namiq ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i premyer liqa, 2-si ölkə kuboku, 1-i Avropa liqasına təsadüf edib.
Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.