- Baxış sayı: 11
- 31 Mart 2026 19:37
- Baxış sayı: 726
- Mart 30, 2026
- 0

“Neftçi” futbol akademiyasının U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub. Allsport.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1-illik müqavilə bağlanıb. Onun köməkçisi Elgiz Kərəmli olacaq.
Futbolçu kimi 1994/1995-ci illər mövsümündə “Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi “Səbail”in əsas və əvəzedici, “Keşlə”nin isə U-16 komandasını, həmçinin “Bakılı”nı çalışdırıb. “Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.