- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Allsport.az xəbər verir ki, Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yetirəcək.
47 yaşlı mütəxəssis artıq bu gündən yeni vəzifəsinin icrasına başlayıb.
Orucov bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan millisində köməkçi məşqçi kimi çalışıb.
Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.