- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

“Olimpiakos”un baş məşqçisi Pedru Martinş çempionlar liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri “Neftçi” haqda danışıb. Allsport.az xəbər verir ki, o, “Aris”lə yoxlama görüşündən (3:0) sonra bununla bağlı deyib:
“Oyunçularımın əzmkarlığından razıyam, amma hədəfimizə hələ çatmamışıq. Çox iş görməliyik, bir həftə ərzində daha yaxşı olacağıq. Qarşıda çox işimizin olduğunu bilirik”.
50 yaşlı mütəxəssis “Neftçi”ni yaxşı tanıdığını vurğulayıb: “Onları analiz etmişik. Yaxşı oyunçulara malik güclü komandadırlar”.
“Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.