- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək. Allsport.az xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə 8 ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.
Bu, Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
“Səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.