- Baxış sayı: 29
- 02 Fevral 2026 19:58
- Baxış sayı: 105
- Fevral 02, 2026
- 0

Azərbaycan premyer liqasının XVIII turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
“Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/24 mövsümündə imza atmışdı. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinib.
“Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınmışdı. “Liv Bona Dea”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.