- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

Premyer liqanın mükafatçılarından ikisi bəlli olub. Allsport.az xəbər verir ki, “Qarabağ”la “Neftçi” XXIII turdan sonra ilk “üçlük”də yerini təmin edib.
Ağdamlılar “Səbail”lə heç-heçə (1:1) sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə “Zirə” üzərində qələbə (4:0) ilə aktivini 46 xala yüksəldib.
Liderlərin iki ən yaxın izləyicisinin – “Sumqayıt”la “Zirə”nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi, mükafatçılardan ikisinin müəyyənləşməsinə səbəb olub.
Bu, “Neftçi”nin sayca 19-cu medalıdır. Bakılılar bunadək 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib. Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. “Qarabağ” indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.