- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən “Neftçi”nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib.
“Ağ-qaralar” 2-ci mərhələdə Yunanıstan “Olimpiakos”unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə oynayacaq.
“Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.