- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti millisinin heyətində növbəti oyunu keçiriblər. Allsport.az xəbər verir ki, onlar KONKAKAF milli liqası çərçivəsində baş tutan Kosta Rika – Haiti matçının (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib. 27-ci dəqiqədə qapısında qol görən qonaqlar 38-ci dəqiqədə Nazonun vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Mustivar Haiti millisinin heyətində 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.