- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

AFFA-nın apellyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.
Müraciət qismən təmin edilib. Azərbaycan premyer liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşlərə kənar əşya atan Ervin Koffinin cəzası yüngülləşdirilib.
2 oyun cəzalanan legionerə tətbiq olunan diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 matçı şərti xarakter daşıyacaq. Ona 3 ay sınaq müddəti təyin edilib. “Neftçi”nin 2000 manat cərimə edilməsi ilə bağlı qərar dəyişməz qalıb.