“Neftçi”nin ilk rəqibi ABŞ millisi olub

Dünya qadın seriyasının (DQS) “Orlean” mərhələsində yığmamız və “Neftçi” nin qrupları və oyun təqvimləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, 23-24 iyun Fransanın Orlean şəhərində 3×3 basketbol üzrə dünya qadın seriyasının növbəti mərhələsi baş tutacaq.

Bu mərhələdə qadın yığma komandamızla yanaşı, “Neftçi” klubuda mübarizə aparacaq.

“Orlean” mərhələsində yığmamız “C” qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə “A” qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək.

“Neftçi” ilk oyununu Bakı vaxtı ilə saat 16:00 -da Kanada seçməsinə qarşı keçirəcək. Qadın yığmamızın isə qrupdakı ilk oyunu Bakı vaxtı saat 16:50 -də ABŞ millisinə qarşı olacaq. Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan