“Neftçi”nin müşahidə şurasında nələr müzakirə olundu?

Bu gün “Neftçi” klubunun müşahidə şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, klubun inzibati binasında baş tutan görüşdə öncə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə edilib, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparılıb.

Sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara “Neftçi”nin son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.

Müşahidə şurasının üzvləri görüşdə qeyd olunan məqamların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər. Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.

Həmin kateqoriyadan