- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 258
- Mart 22, 2026
- 0

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Allsport.az xəbər verir ki, “ağ-qaralar” ötən gün Keltse şəhərində axşam məşqinə çıxıblar.
“Binkovski Hotel”də məskunlaşan “flaqman” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abbasovun rəhbərlik etdiyi kollektiv iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.
Toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.