- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin çempionlar liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, mübarizəyə 31 klub başlayacaq.
Onlara ilkin mərhələnin 1 klubu qoşulacaq. Bakı təmsilçisi səpələnməmişlər sırasında yer alır və 15 komandadan biri ilə üz-üzə gələcək. Səpələnmişlər səbətində Ermənistanın “Alaşkert” klubu da var. Lakin bu komanda təmsilçimizin rəqibi ola bilməyəcək.
Çemponlar liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Slovan” (Slovakiya), “Alaşkert” (Ermənistan), “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Linkoln” (Cəbəllütariq)
Səpələnməmişlər: “Riqa” (Latviya), “Helsinki” (Finlandiya), “Linfild” (Şimali İrlandiya), “Fola Eş” (Lüksemburq), “Şaxtyor” (Belarus), “Neftçi” (Azərbaycan), “Makkabi” (Hayfa, İsrail), “Konnas-Ki Nomads” (Uels), “Şemrok Rovers” (İrlandiya, “Valyur” (İslandiya), “Bude Qlimt” (Norveç), “Mura” (Sloveniya), “Teuta” (Albaniya), İlkin mərhələnin qalibi, “Banya” (Bosniya və Hersoqovina), “Hamrun Spartans” (Malta).
İlk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.