- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

“Neftçi” bu gün çempionlar liqasında mübarizəyə başlayacaq. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşacaq.
Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bununla da “ağ-qaralar” 7 illik fasilədən sonra ÇL-də çıxış edəcək.
Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni konfrans liqasında davam etdirəcək.