“Neftçi”nin yeni köynəyi əfsanəyə həsr edildi – FOTO

“Neftçi” yeni ev formasını təqdim edib.

Allsport.az xəbər verir ki, köynək klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir. Geyimin üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd ediləcək klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.

Köynəklər “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.

Həmin kateqoriyadan