- Baxış sayı: 20
- 23 Dekabr 2025 17:37
- Baxış sayı: 129
- Dekabr 22, 2025
- 0


“Santos”un hücumçusu Neymar dizindən əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçunun sol dizindəki menisk zədəsi noyabrın sonunda baş versə də, o, Braziliya çempionatının sonuna qədər bu zədə ilə meydanda mübarizə aparıb.
Klubun mətbuat xidməti əməliyyatın uğurla keçdiyini və ulduz oyunçunun yaxın vaxtlarda bərpa prosesinə başlayacağını bildirib.
Neymar 2025/2026 mövsümündə çıxdığı 28 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.