Neymar “İnter Mayami”yə keçir

“Əl-Hilal”ın hücumçusu Neymar klubunu tərk edə bilər.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçu “Barselona”dakı keçmiş komanda yoldaşları Luis Suares və Lionel Messi ilə yenidən bir araya gələ bilər. “İnter Mayami” Neymarı ABŞ-da yeni mövsüm başlamazdan əvvəl almağa çalışacaq, yaxud da yayda keçiriləcək klublararası dünya çempionatından sonra cəhd edəcək.

Neymarın “Əl-Hilal”la müqaviləsi mövsümün sonunda başa çatır.

Həmin kateqoriyadan