- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 781
- Mart 30, 2026
- 0

Nicat Qurbanov “Samtredia”nın heyətində növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Gürcüstanın 1-ci liqasında mübarizə aparan klub “Sioni” ilə keçirilən pley-off mərhələsinin cavab oyununda 4:1 hesablı qələbə qazanıb. İlk oyunda 0:0 hesablı bərabərliyə razılaşan “Samtredia” bu qələbə sayəsində yüksək liqaya vəsiqə qazanıb.
Nicat bu oyunda 38 və 71-ci dəqiqələrdə qol vurub. 27 yaşlı futbolçu Gürcüstan I liqasında qol sayını 8-ə yüksəldib.