- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Napoli”nin futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, niderlandlı hücumçunun xidmətinə “Qalatasaray” maraqlıdır.
26 yaşlı oyunçu İstanbul klubunda oynamağa razılıq verib.
“Qalatasaray” Lanqı icarəyə götürmək niyyətindədir.
Niderland yığmasının da üzvü olan Lanq bu mövsüm 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.