Niderland saytından “Anderlext”ə məsləhət: “Qarabağ”ın isveçli hücumçusundan ehtiyatlı ol

“Samüel Armenteros heç vaxt “Anderlext”də özünü göstərə bilmədi. O, “Feyenoord” və “Vilem II” komandalarına icarəyə verildi. Bu mövsümdən isə gözəl mənzərəsi olan uzaq Azərbaycana, “Qarabağ”a getdi. İsveçli indi yaxşı formadadır. “Bənovşəyi-ağlar ehtiyatlı olun”.

Allsport.az-ın məlumatına görə, bu məqalə Niderlandın voetbalkrant.com saytında yerləşdirilib. Həmkarlarımız yazır ki, Ağdam klubu Premyer Liqanın 5-ci turunda səfərdə “Kəpəz”ə qalib gəldi. Qollardan birini isveçli futbolçu vurdu:

Sitat: “O, ötən tur da fərqlənmişdi. “Anderlext”də olduğu müddətdə edə bilmədiyini, “Qarabağ”da 9 günə etdi. Qələbə bu komandanı zirvədə saxlayır. Armenteros vəziyyətindən məmnundur”.

Həmin kateqoriyadan