- Baxış sayı: 52
- 22 Fevral 2026 10:37
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

Rusiya ictimaiyyəti və “Zenit” azarkeşləri Azərbaycan yığmasının müdafiəçisi Nigar Mirzəliyevanın Almaniya bundesliqasına keçidini böyük heyranlıqla qarşılayıb.
Allsport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin heyətində keçilməz səddə çevrilən və rusiyalı futbol mütəxəssislərinin rəğbətini qazanan 23 yaşlı futbolçumuz karyerasını “Hamburq”da davam etdirəcək.
Rusiyada çıxış etdiyi qısa müddət ərzində ikiqat ölkə çempionu və ikiqat superkubok qalibi adını qazanan Nigar, həm peşəkarlığı, həm də meydandakı döyüşkən xarakteri ilə “Zenit”in uğurlarının əsas memarlarından biri hesab olunurdu. Mingəçevirdə futbolun sirlərinə yiyələnib “Mançester Yunayted” akademiyasına qədər uzanan, ordan isə Rusiyanı fəth edən Nigarın bu keçidi qonşu ölkənin mətbuatında “top-çempionata layiqli transfer” kimi dəyərləndirilib.








