Nigeriyalı futbolçu “Qəbələ”də

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.

18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Nasiru son olaraq Nigeriya premyer liqasında “Kanemi Uorriors” komandasının formasını geyinib. O, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Həmin kateqoriyadan