- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya qarşı səfər matçından (0:2) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsoport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib:
“Slovakiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qrupda ikinci ola bilməsələr də, Millətlər Liqasından Avropa çempionatına vəsiqə əldə etmək şansları qalır. Onlara uğurl arzulayıram. O ki qaldı oyuna, əvvəldən heyətlə bağlı ciddi problemlərimiz var idi. Maksim, Mahir, Nazarov, Almeyda, Paşayev yox idi. Fasilədə Eddi oynaya bilmədiyini söylədi. İlk yarıda çox əsəbi idik. Ötürmələrdə dəqiqlik çatışmırdı. İkinci hissədə çox yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq üçün şanslarımız da var idi. 82-ci dəqiqədə hesabı bərabərləşdirməyə çox yaxın olduq. Təəssüf ki, şansdan faydalana bilmədik. Cəmi 1 xal yığdığımıza görə xoşbəxt deyiləm. Amma qarşıdakı həftələr ərzində analiz aparmaq üçün kifayət qədər vaxtımız olacaq. İndiki məqamda deyə bilərəm ki, razı qaldığım cəhət gənclərin oynamaq şansı qazanmasıdı. Bəraət qazandırmaq istəmirəm, amma keyfiyyətli komandalara qarşı oynadığımızı da qeyd etmək lazımdır”.